Avropa kuboku: "Sabah" Yunanıstan klubuna qarşı
16.10.2024 - 10:36
Avropa kuboku: "Sabah" Yunanıstan klubuna qarşı

Bu gün Azərbaycan çempionu “Sabah” klubu basketbol üzrə Avropa kubokunun G qrupunda ikinci oyununa çıxacaq.

Apasport.az xəbər verir ki, təmsilçimiz evdə Yunanıstanın “Marussi” klubu ilə qarşılaşacaq.

Matç Bakı İdman Sarayında baş tutacaq.

Xatırladaq ki, ilk matçda “Sabah” səfərdə “Spira”ya uduzub (81:82), “Marussi” isə evdə “Nörçöppinq” ə qalib gəlib (99:80).

19:00 “Sabah” (Azərbaycan) – “Marussi” (Yunanıstan)

0