Çempion məşqçilər “Filadelfiya”nın hədəfində
24.05.2023 - 21:54
Çempion məşqçilər “Filadelfiya”nın hədəfində

NBA təmsilçisi “Filadelfiya” Dok Riversdən boşalan baş məşqçi vəzifəsinə axtarışlarını davam etdirir.

Apasport.az-ın məlumatına görə, komanda üç mütəxəssislə danışıqlar aparır.

Nik Ners və Mayk Budenholzerlə yanaşı Frenk Vogel də namizədlər siayhısına daxil edilib. Üç il əvvəl “Leykers”ə uğur qazandıran Vogel “İndiana” və “Orlando” klublarına da başçılıq edib.

Qeyd edək ki, adıçəkilən hər üç məşqçi əvvəllər NBA çempionu titulunu qazanıblar.
 

0