“Fənər” addım-addım çempionluğa
19.06.2025 - 23:38
“Fənər” addım-addım çempionluğa

Türkiyə Basketbol Liqasının final mərhələsi davam edir.

Apasport.az xəbər verir ki, ilk oyunu qələbə ilə başa vuran "Fənərbaxça Beko" öz meydanında "Beşiktaş"ı qəbul edib.

Ev sahibi komanda rəqibini 84:76 hesabı ilə məğlub etməyi bacarıb.

Bu qələbə ilə “sarı-lacivərdlilər” seriyada hesabı 2:0-a çatdırıb.

Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.