Kanada Murreysiz qaldı
16.08.2023 - 23:29
Kanada Murreysiz qaldı

Basketbol üzrə Kanada yığması dünya çempionatı öncəsi əsas oyunçusunu itirib.

Apasport.az-ın məlumatına görə, Camal Murrey komandaya kömək edə bilməyəcək.

Bu barədə Kanada Basketbol Federasiyası məlumat yayıb. Komandanın tibbi heyəti Murreyin tam sagalmadığını əsas gətirərək belə qərar verib. “Denver”lə NBA kubokunu qazanan basketbolçu çempionatda iştirak edə bilməyəcəyi üçün məyus olduğunu bildirib.

Qeyd edək ki, Kanada yığması dünya çempionatında Fransa, Liviya və Latviya komandaları ilə eyni qrupda mübarizə aparacaq. Turnir avqustun 24-də start götürəcək.

0