“Lənkəran”dan yeni transfer
26.09.2024 - 21:26
“Lənkəran”dan yeni transfer

"Lənkəran" heyətini yeni basketbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, cənublular ABŞ-li Filmon Qebriyhiti rənglərinə bağlayıb.

Bunu klubun mətbuat xidməti açıqlayıb.

Qeyd edək ki, Filmon hücumçu mövqeyində çıxış edir. 25 yaşlı oyunçu 205 sm boya malikdir.

0