Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək
13.04.2024 - 10:17
Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Honqkonqda təşkil olunan Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək. 

Apasport.az xəbər verir ki, komandamız Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın ikinci günündə Monqolustan və Niderland kollektivləri ilə üz-üzə gələcək. 

Qarşılaşmalar müvafiq olaraq 11:55 və 13:45-də keçiriləcək. 

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

0