Millimiz Qazaxıstana yollanıb
22.06.2025 - 12:11

Qızlardan ibarət U-16 millimiz Qazaxıstanın Atrau şəhərinə yola düşüb.
Apasport.az xəbər verir ki, yığma komandamız 22-25 iyun tarixlərində Atrau şəhərində baş tutacaq "Airom Cup" beynəlxalq turnirində iştirak edəcək.
Qeyd edək ki, U-16 seçməmiz turnirdə ilk oyunlarını 23 iyunda Qazaxıstan təmsilçiləri "Aul Sport" və "Barsy Atrau" klublarına qarşı keçirəcək.
0
0