"Murov"dan quru hesablı qələbə
22.01.2023 - 18:36
"Murov"dan quru hesablı qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II turdan təxirə salınan “Murov” – UNEC oyunu keçirilib. 

Apasport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb. İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb – 25:12, 25:9. 

Beləliklə, quru hesablı qələbə qazanan "Murov" xallarının sayını 6-ya çatdırıb. II turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

22 yanvar 
Yüksək Liqa (qadınlar)
II tur

“Murov” – UNEC 3:0 (25:12, 25:12, 25:9)

0