"Neftçi" yənə uduzdu
10.12.2024 - 17:58
!["Neftçi" yənə uduzdu](https://apasport.az/storage/news/2024/december/10/big/675847bcd3f82675847bcd3f831733838780675847bcd3f80675847bcd3f81.jpg)
"Neftçi" cari mövsüm Azərbaycan Basketbol Liqasında keçirdiyi 6-cı oyunda da məğlub olub.
Apasport.az xəbər verir ki, A qrupunda yer alan "ağ-qaralar" VI turda "Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 83:72.
Xallarının sayını 11-ə çatdıran "Naxçıvan" 1-ci pillədə qərarlaşıb. 6 xalı olan "Neftçi" sonuncu - altıncıdır.
Qeyd edək ki, günün digər matçında "Sabah" "Sərhədçi"nin müqavimətini qırmağa çalışacaq. Turun digər oyunları 11, 13 və 14 dekabrda gerçəkləşəcək.
0
0