"Bərpa üçün vaxtımız az oldu. Buna baxmayaraq fasilədən sonra sürəti artıraraq aqressiv oynadıq və bunun sayəsində 19 xallıq fərqi aradan qaldırmağı bacardıq".
Apasport.az xəbər verir ki, bu sözləri "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis “Sərhədçi” ilə oyundan sonra mətbuat xidmətinə açılamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 6-cı turunda qazanılan 67:64 hesablı qələbəni şərh edib: "Oyunun əvvəlində yaxşı çıxış etmədik. Bunun da səbəbi qısa müddət ərzində ardıcıl ikinci oyuna çıxmağımız idi. Çətin, amma vacib qələbə oldu. Bütün oyunçularıma xarakter nümayiş etdirdiklərinə görə təşəkkür edirəm. Basketbolçularımızın döyüşçü keyfiyyətləri sayəsində biz bu oyunda geridönüş etdik".
Qeyd edək ki, Azərbaycan çempionu ardıcıl 6-cı qələbəsini qazanıb.