“Sabah”ın daha bir rəqibi bəlli oldu
27.09.2024 - 00:10
“Sabah”ın daha bir rəqibi bəlli oldu

“Sabah” basketbol klubunun FIBA Avropa Kubokunun qrup mərhələsindəki növbəti rəqibi bəlli olub.

Apasport.az xəbər verir ki, bu, Yunanıstanın “Marussi” komandasıdır.

Təmsilçimizin ilk rəqibi İsveçin "Norrçepinq Dolfins" klubu olub. 

Qeyd edək ki, qrup mərhələsinin oyunları oktyabrın 9, 16, 23 və 30-da, eləcə də noyabrın 6 və 13-də keçiriləcək. “Sabah” ilk matçını səfərdə oynayacaq.

0