Simmons Avstraliya yığmasında
05.05.2023 - 23:49
Simmons Avstraliya yığmasında

Ben Simmons basketbol üzrə Avstraliya yığmasına cəlb olunacaq.

Apasport.az saytı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Brayan Qurcan məlumat verib.

“Bruklin”in şərəfini qoruyan Simmons NBA-nın istedadlı basketbolçularından sayılsa da, ümidləri doğrultmayıb. Yığmanın baş məşqçisi Benin dünya çemponatının startınadək optimal forma yığacağına ümid etdiyini deyib: “Simmonsun əsas məqsədi forma yığmaq və var gücü ilə çıxış etməkdir. Böyük ehtimalla, o, dünya çempionatında çıxış edəcək”.

Qeyd edək ki, basketbol üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 10-dək davam edəcək. Avstraliya Almaniya, Finlandiya və Yaponiya ilə eyni qrupda yarışacaq.
 

0