"Xəzri"nin Xaçmaz səfəri
04.02.2024 - 10:57
"Xəzri"nin Xaçmaz səfəri

Basketbol üzrə ölkə çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün yarışın XIII turunun son matçı oynanılacaq.

Xaçmaz Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşmada NTD-İNDİQO  "Xəzri"ni sınağa çəkəcək. Basketbolsevərlər saat 14:00-dan etibarən bu maraqlı mübarizəni izləyə bilərlər.

Qeyd edək ki, hesabat turunun digər matçlarında "Xırdalan" "Gəncə"ni 93:87, "Sabah" "Sərhədçi"ni 96:71, "Neftçi" "Sumqayıt"ı 113:96, "Cəlilabad" isə "Şəki"ni 90:86 hesabı ilə məğlub edərək növbəti xalllarını qazanıblar.

0