1:0 sevgisi – FAKT
17.02.2023 - 10:53
1:0 sevgisi – FAKT

Avrokuboklarda 2023-cü ilin ilk oyun həftəsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında 1/8 finalın, Avropa Liqası və Konfrans Liqasında pley-offun ilk matçları keçirilib.

Ümumilikdə 20 görüş baş tutub. Bu qarşılaşmalarda maraqlı hadisə yaşanıb.

Oyunların düz yarısı eyni hesabla nəticələnib. 20 matçdan 10-da bir qol vurulub. Çempionlar Liqasında dörd görüşdən üçü, Konfrans Liqasında isə səkkiz qarşılaşmadan altısı 1:0 hesabı ilə nəticələnib. Hər iki turnirdə faiz 75-ə bərabər olub. Daha qollu keçən Avropa Liqasında bir belə nəticəyə rast gəlinib.

1:0-ların bolluğu “total” və Q/Q göstəricilərinə də ciddi təsir edib. 20 oyunda yalnız 5 dəfə Üst yaşanıb. 15 matç isə Alt ilə bitib.

Q/Q sayı da 5-ə bərabərdir. Belə nəticələr yalnız Avropa Liqasında qeydə alınıb.

Avrokuboklar
Üst – 5
Alt – 15
Q/Q – 5
Y/Q – 15

Çempionlar Liqası
Üst – 0
Alt – 4
Q/Q – 0
Y/Q – 4

Avropa Liqası
Üst – 4
Alt – 4
Q/Q – 5
Y/Q – 3

Konfrans Liqası
Üst – 1
Alt – 7
Q/Q – 0
Y/Q – 8

0