2 futbolçu millidən uzaqlaşdırıldı
09.06.2022 - 00:32
İtaliya millisi iki futbolçunun xidmətindən imtina edib.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Leonardo Bonuççi və hücumçu Andrea Belotti düşərgədən ayrılıb.
Komandanın yenidən qurulması və gəncləşdirilməsi prosesini davam etdirən baş məşqçi Roberto Mançini məhz bu səbəbdən Belotti ilə Bonuççini heyətdən kənarlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, Millətlər Liqasının qrup mərhələsinin II turunda Macarıstanı 2:1 hesabı ilə məğlub edən İtaliya yığması iyun 11-də İngiltərə, 14-də isə Almaniya ilə qarşılaşacaq.
- A millinin Malta və San Marino ilə oyunlarının hakim təyinatları bəlli oldu
- Azərbaycan – Macarıstan: Açıq məşq və mətbuat konfransı
- Azərbaycan - Malta: Açıq məşq və mətbuat konfransı
- Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib
- Yuxusuz gecələr başlayır: Dünya çempionatında kim favoritdir?
0
0