Ağlasığmaz MƏRC
07.12.2022 - 14:05
Ağlasığmaz MƏRC

Bukmeker kontorlarında növbəti qeyri-adi mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu, DÇ-2022-nin 1/8 final mərhələsinin Mərakeş – İspaniya görüşündə baş verib.

Proqnozsevərdən biri ağlasığmaz varianta pul qoyuluşu edib. O, əsas və əlavə vaxtı qolsuz bitən görüşün penaltilər seriyasının gedişində canlı mərc edib.

Komandalar hərəyə üç penalti vurduqdan sonra Mərakeşi qələbədən bir dəqiq zərbə ayırıb. Belə ki, afrikalılar ilk üç penaltidən ikisini qola çevirməyi bacarıb. İspaniya isə bütün imkanları qaçırıb.

Əşrəf Hakiminin yerinə yetirdiyi 4-cü zərbə öncəsi İspaniyanın dünya çempionu olması 1000 əmsala yüksəlib. Bundan şirniklənən better İspaniyanın nəinki Mərakeşi keçəcəyini, hətta qızıl medal qazanacağına canlı mərc edib.

Onun 20 funt sterlinqlə 20 min qazanmaq xəyalı isə bir neçə saniyəyə puç olub. Əşrəf dəqiq zərbə ilə matçda son nöqtəni qoyub.

Qeyd edək ki, İspaniya millisi DÇ-2022-yə Kosta-Rika üzərində 7:0 hesablı qələbə ilə başlasa da, ardıcıl üç matçda qalib gələ bilməyib.
 

0