Alleqri: "Pele Maradona və Messidən yaxşı idi"
30.12.2022 - 21:52
Alleqri: "Pele Maradona və Messidən yaxşı idi"

"Yuventus"un baş məşqçisi Massimilyano Alleqri Pelenin bir oyunçu kimi Dieqo Maradona və Lionel Messidən daha yaxşı olduğunu hesab edir.

Apasport.az xəbər verir ki, italiyalı məşqçi bu barədə danışıb:

"Unikal oyunçu idi. Onu ancaq filmlərdə görmüşdüm. O bir şəxsiyyət kimi, gənclərə örnək kimi yadda qalmalıdır. Ardınca Maradona və Messi gəldi. Amma məncə, Pele ən yaxşısı idi”.

Qeyd edək ki, Pele dünən vəfat edib. Onun 82 yaşı var idi.

0