Amerika Kuboku: ABŞ qrupda qaldı
02.07.2024 - 09:20
Amerika Kuboku: ABŞ qrupda qaldı

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Apasport.az xəbər verir ki, C qrupunda mübarizəyə yekun vurulub.

III turun matçlarında Uruqvay meydan sahibi ABŞ-ni (1:0), Panama isə Boliviyanı (3:1) məğlub edib. "Turan Tovuz"un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub.

Qeyd edək ki, turnir iyulun 14-də yekunlaşacaq

0