Aquero üstünlüyü “Real”a verir
28.05.2022 - 12:27
Aquero üstünlüyü “Real”a verir

“Mançester Siti”nin əfsanəvi futbolçusu Serxio Aquero Çempionlar Liqasının finalı ilə bağlı gözləntilərini bölüşüb.

Apasport.az saytının məlumatına görə, argentinalı sabiq hücumçu “Liverpul”la “Real” arasında bu gün Parisdə baş tutacaq həlledici görüşdə favoritini açıqlayıb:

“Düşünürəm ki, “Real” klub olaraq daha böyük təcrübəyə malikdir. “Liverpul” da son illər Çempionlar Liqasında yaxşı çıxış edir. Gərgin mübarizə olacaq. Daha çox finalda oynadığını və çətin matçları çevirdiyini nəzərə alsaq, “Real” daha inamlı olacaq. Bu, onların üstünlüyüdür.

Tarix və təcrübə kömək edir. Madridlilər “Santyaqo Bernabeu”dakı vacib matçlarda qalib gəlməklə bunu sübut etdi. Amma final neytral meydanda olacağından, görüş daha balanslı keçəcək.

“Real” həmişə güclü heyətə sahib olub. Fərdi keyfiyyətlərlə yanaşı, klubun öz çəkisi də var. Oyunçular bunu başa düşdükdə, bu, üstünlük verir”.

0