Argentina polisi azarkeşləri dağıtmağa başladı
21.12.2022 - 01:30
Argentina polisi azarkeşləri dağıtmağa başladı

Argentina polisi dünya çempionatında qələbə şərəfinə Argentina milli komandasının çempionluq paradı vaxtından əvvəl başa çatdıqdan sonra Buenos Ayres küçələrindən azarkeşləri dağıtmağa başlayıb.

Apasport.az xəbər verir ki, Argentina paytaxtının küçələrinə 4 milyona qədər insan toplaşıb, nəticədə hərəkət iflic olub.

Futbolçular çempionluq paradının yalnız bir hissəsini avtobusla gəzə biliblər. Bundan sonra qeyd etmənin dayandırılması qərara alınıb. Milli komandanın futbolçuları helikopterlərlə təxliyə edilib.

Hüquq-mühafizə orqanlarının vəzifəsi magistral yolu insanlardan təmizləməkdir. Komandanın qələbəsini mərkəzi meydanda qeyd edən azarkeşlərə isə toxunulmayacaq.

0