"Arsenal" "Mançester Yunayted"in məğlubedilməzlik seriyasını qırdı
22.01.2023 - 22:39
İngiltərə Premyer Liqasının XXI turunun mərkəzi görüşü Londonda baş tutub.
Apasport.az xəbər verir ki, turnir cədvəlinin lideri "Arsenal" 10 rəsmi oyundur məğlubedilməz olan "Mançester Yunayted"i qəbul edib.
Mançesterdəki ilk matçda 1:3 uduzmuş "Arsenal" qisasını alıb – 3:2. Bununla da "qırmızı şeytanlar"ın məğlubedilməzlik seriyası Londonda qırılıb.
Qeyd edək ki, "Arsenal" 50 xalla 1-ci, "Mançester Yunayted" 39 xalla 4-cüdür.
- “Qarabağ”ın U-19 komandası İtaliyada məğlub oldu
- “Napoli” - “Qarabağ” matçı bərpa olunub - YENİLƏNİB
- Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
- Marko Yankoviç: “Güclü komandalara qarşı oynamağı bacarırıq”
- “Napoli”nin futbolçusu: “Qarabağ" keyfiyyətli komandadır”
0
0