"Arsenal" mövsümdə ilk məğlubiyyətini alıb
19.10.2024 - 23:06
"Arsenal" mövsümdə ilk məğlubiyyətini alıb

İngiltərə Premyer Liqasında 8-ci turun görüşləri keçirilir.

Apasport.az xəbər verir ki, bu gün 7 matç baş tutub.

"Arsenal" səfərdə "Bornmut"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 2:0. Bu, "topçular"ın mövsümdə ilk məğlubiyyəti olub.

Digər İngiltərə nəhəngi "Mançester Yunayted" "Brentford"la üz-üzə gəlib. Hesab geri düşən "qırmızı şeytanlar" əzmkar qələbə qazanıb.

"Tottenhem" isə "Vest Hem"i qəbul edib. 5 qolun vurulduğu görüşdə "Spurs" 3 xala sevinib.

İngiltərə Premyer Liqası
VIII tur
19 oktyabr

"Tottenhem" - "Vest Hem" - 4:1
​"Fulhem" - "Aston Villa" - 1:3
"İpsviç" - "Everton" - 0:2
"Mançester Yunayted" - "Brentford" - 2:1
"Nyukasl" - "Brayton" - 0:1
​"Soutgempton" - "Lester" - 2:3
"Bornmut" - "Arsenal" - 2:0

0