"Arsenal" Saka ilə müqavilənin müddətini uzatdı
02.01.2023 - 20:37
"Arsenal" Saka ilə müqavilənin müddətini uzatdı

"Arsenal" Bukayo Saka ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, vinqerlə hazırkı müqavilə 2023-cü ilin yayına kimi hesablanıb. London klubu futbolçu ilə müqaviləni daha bir il uzatmaq opsiyasını aktivləşdirib.

Tərəflər həmçinin müqavilənin müddətinin daha da uzadılmasını müzakirə edirlər.

Qeyd edək ki, Bukayo Saka bu mövsüm Premyer Liqanın 16 oyununda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

0