"Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi
02.01.2023 - 21:21
"Arsenal" və "Liverpul"un sabiq futbolçusu müflis elan edildi

Birminqem Rayon Məhkəməsi "Liverpul"un sabiq yarımmüdafiəçisi Cermeyn Penantı müflis elan edib.

Apasport.az xəbər verir ki, ipoteka ödənişlərini ödəməməsi də daxil olmaqla Penantın 1 milyon funt-sterlinq borcu var.

39 yaşlı Penantın əmlakının müsadirə olunacağı bildirilir.

Qeyd edək ki, Cermeyn Penant “Arsenal”, “Birminqem”, “Stok Siti” klublarında da oynaması ilə tanınır. O, İngiltərənin gənclər yığmasında çıxış edib.

0