"Arsenal"ın qapıçısı: "Orada ölümcül səssizlik hökm sürürdü"
03.12.2022 - 22:56
"Arsenal"ın qapıçısı: "Orada ölümcül səssizlik hökm sürürdü"

“Bizim üçün çətin oyun oldu".

Apasport.az xəbər verir ki, bunu ABŞ yığmasının və İngiltərənin "Arsenal" klubunun qapıçısı Mett Törner DÇ-2022-nin 1/8 finalında Hollandiyaya məğlubiyyəti (1:3) şərh edərkən deyib.

"Arsenal"ın 28 yaşlı ehtiyat qapıçısı zəif oynadıqlarını bildirib: "Soyunub-geyinmə otağında ölümcül səssizlik hökm sürürdü. Bilirik ki, ən yaxşı matçımızı keçirmədik, çıxışımızdan tamamilə məyus olduq. Təəssüf ki, bu gün belə alındı. Yaxşı fürsətlər olanda qalib gəlmək üçün əlindən gələni edirsən. Təəssüf ki, bu gün biz bunu edə bilmədik".

0