Arteta: "Bazarda aktiv fəaliyyət göstərəcəyik"
22.12.2022 - 22:54
Arteta: "Bazarda aktiv fəaliyyət göstərəcəyik"

“Bərpa mütləq bir az vaxt aparacaq. O, əməliyyat olundu və bu, zədənin sərtliyi haqqında çox şey deyir. Buna görə də biz transfer bazarına girəcəyik, aktiv fəaliyyət göstərəcəyik və əldə edəcəyimiz ən yaxşı imkanları qiymətləndirəcəyik".

Apasport.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyib.

İspaniyalı məşqçi Braziliya millisinin düşərgəsində dünya çempionatı zamanı dizindən zədələnən və martadək oynamayacağı bəlli olan Qabriel Jezus itkisinə münasibət bildirib. O bildirib ki, yanvarda açılacaq qış transfer pəncərəsindən maksimum istifadə etməyə çalışacaqlar:

"Biz fəal işləməyə, yəni heyəti gücləndirmək üçün variantlar axtarmağa hazırlaşırıq. Transfer pəncərəsindən maksimum yararlanmamaq kimi imkanımız yoxdur. amma eyni zamanda bizə uyğun gələn oyunçulara ehtiyacımız var. Bu oyunçular bizi növbəti səviyyəyə aparmalıdır”.

Qeyd edək ki, "Arsenal"ın transfer hədəfində Madrid "Atletiko"sunun hücumçusu olan braziliyalı Mateus Kunya var. "Topçular"ın rəqibləri "Çelsi", "Nyukasl" və "Everton"dur.

0