Asensio sıradan çıxdı
09.09.2023 - 12:53
Marko Asensio növbəti matçda İspaniya millisinə kömək edə bilməyəcək.
Apasport.az saytı xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla keçirilən oyunda zədələnib.
Matçın 44-cü dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalan futbolçunun Kiprə qarşı oyunda forma geyməyəcəyi bildirilir. Ayağından zədə alan futbolçunun durumuna həkimlərin müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, 8 qolun vurulduğu Gürcüstan – İspaniya qarşılaşması qonaqların 7:1 hesablı qələbəsi ilə başa çatıb.
- “Qalatasaray”a "Yuventus"a qarşı oyunlarda onlar kömək edəcək: 3 yeni futbolçu
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Avropa Liqasında növbəti tura yüksələn komandalar müəyyənləşib
- AL: Liqa mərhələsinə yekun vurulub - YENİLƏNİB
0
0