“Atletik” - “Qarabağ” matçını bu hakim idarə edəcək
15.10.2025 - 17:35
UEFA Gənclər Liqasının əsas mərhələsində "Qarabağ"ın U-19 komandasının səfərdə "Atletik"ə qarşı keçirəcəyi oyunun təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, görüş İsraildən olan FİFA referisi Qal Leviyə həvalə edilib.
Yan xətt hakimləri Haz Orpaz Hen və Zeev Vladimir Frenkel olacaq. Dördüncü hakim funksiyasını ispaniyalı Con Andrade Del Olma yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 22-də baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
- Azərbaycan U-20 millisi Moldova və Yaponiya ilə yoldaşlıq oyunu keçirəcək
- Futzal üzrə Çempionlar Liqasında “Araz-Naxçıvan”ın oyunlarının ünvanı müəyyənləşdi
- Mançester derbisində “ŞƏHƏRLİLƏR” SEVİNDİ
- “Beşiktaş” Nərimanın komandasını DARMADAĞIN ETDİ
- Valdas Dambrauskas: “Bu məğlubiyyətdən çox şey öyrənə bilərik”
0
0