Avrokuboklarda yeni təqvim – 2023/24 mövsümü
30.10.2022 - 11:16
Avrokuboklarda yeni təqvim – 2023/24 mövsümü

Avrokuboklar mövsümünün 2023/24 mövsümünün ilkin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Çempionlar Liqasında bir, Konfrans Liqasında üç komanda ilə təmsil olunacaq.

Klublarımız üçün püşkatma və oyunların tarixləri müəyyənləşib. Təmsilçilərimizin rəqibləri gələn il iyunun 20-21-də bəlli olacaq. Həmin vaxt ilk iki raundun püşkü atılacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalına London, Avropa Liqasının həlledici matçına Dublin ev sahibliyi edəcək. Konfrans Liqasının qalibinin bəlli olacağı yer dəqiqləşməyib. Finalın təşkilinə əsas namizəd Afinadır.

2023-cü il
13 iyun – ilkin mərhələnin püşkatması (ÇL)
20-21 iyun – I və II təsnifat mərhələlərinin püşkatması (ÇL, KL)
27 iyun – ilkin mərhələ, yarımfinal (ÇL)
30 iyun – ilkin mərhələ, final (ÇL)
11-12 iyul – I təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
13 iyul – I təsnifat mərhələsi, ilk oyunlar (KL)
18-19 iyul – I təsnifat mərhələsi, cavab oyunları (ÇL)
20 iyul – I təsnifat mərhələsi, cavab oyunları (KL)
24 iyul – III təsnifat mərhələsinin püşkatması (ÇL, AL, KL)
25-26 iyul – II təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
27 iyul – II təsnifat mərhələsi, ilk oyunlar (KL)
1-2 avqust – II təsnifat mərhələsi, cavab oyunları (ÇL)
3 avqust – II təsnifat mərhələsi, cavab oyunları (KL)
7 avqust – pley-off mərhələsinin püşkatması (ÇL, AL, KL)
8-9 avqust – III təsnifat mərhələsi, ilk oyunlar (ÇL)
10 avqust – III təsnifat mərhələsi, ilk oyunlar (AL, KL)
15 avqust – III təsnifat mərhələsi, cavab oyunları (ÇL)
16 avqust – UEFA Superkuboku
17 avqust – III təsnifat mərhələsi, cavab oyunları (AL, KL)
22-23 avqust – Pley-off mərhaləsi, ilk oyunlar (ÇL)
24 avqust – Pley-off mərhələsi, ilk oyunlar (AL, KL)
29-30 avqust – Pley-off mərhələsi, cavab oyunları (ÇL)
31 avqust – Pley-off mərhələsi, cavab oyunları (AL, KL)
31 avqust – qrup mərhələsinin püşkatması (ÇL)
1 sentyabr – qrup mərhələsinin püşkatması (AL, KL)
19-20 sentyabr – qrup, I tur (ÇL)
21 sentyabr – qrup, I tur (AL, KL)
3-4 oktyabr – qrup, II tur (ÇL)
5 oktyabr – qrup, II tur (AL, KL)
24-25 oktyabr – qrup, III tur (ÇL)
26 oktyabr – qrup, III tur (AL, KL)
7-8 noyabr – qrup, IV tur (ÇL)
9 noyabr – qrup, IV tur (AL, KL)
28-29 noyabr – qrup, V tur (ÇL)
30 noyabr – qrup, V tur (AL, KL)
12-13 dekabr – qrup, VI tur (ÇL)
14 dekabr – qrup, VI tur (AL, KL)
18 dekabr – 1/8 final (ÇL), pley-off (AL, KL) püşkatması

2024-cü il
13-14, 20-21 fevraı – 1/8 final, ilk oyunlar (ÇL)
15 fevral – pley-off, ilk oyunlar (AL, KL)
22 fevral – pley-off, cavab oyunları (AL, KL)
23 fevral – 1/8 finalın püşkatması (AL, KL)
5-6, 12-13 mart – 1/8 final, cavab oyunları (ÇL)
7 mart – 1/8 final, ilk oyunlar (AL, KL) 
14 mart – 1/8 final, cavab oyunları (AL, KL)
15 mart – 1/4, 1/2, finalın püşkatması (ÇL, AL, KL)
9-10 aprel – 1/4 final, ilk oyunlar (ÇL)
11 aprel – 1/4 final ilk oyunlar (AL, KL)
16-17 aprel – 1/4 final cavab oyunları (ÇL)
18 aprel – 1/4 final cavab oyunları (AL, KL)
30 aprel-1 may – 1/2 final, ilk oyunlar (ÇL)
2 may – 1/2 final ilk oyunlar (AL, KL)
7-8 may – 1/2 final cavab oyunları (ÇL)
9 may – 1/2 final cavab oyunları (AL, KL)
22 may – final (AL)
29 may – final (KL)
1 iyun – final (ÇL)
 

3