Avropa Liqası: "Beşiktaş" 6 qolluq səfər görüşündən üstünlüklə qayıdır
23.08.2024 - 00:28
Avropa Liqası: "Beşiktaş" 6 qolluq səfər görüşündən üstünlüklə qayıdır

Türkiyənin "Beşiktaş" klubu bu gün Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində İsveçrədə "Luqano"nun qonağı olub.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi avrokuboklara birbaşa "pley-off"dan qoşulub.

Səfərdən 3:3 hesablı heç-heçə ilə dönən "qara-ağlı"lar gələn həftə İstanbulda keçiriləcək revanş matçı öncəsi üstünlük əldə edib.

"Beşiktaş"ın qollarını 21 və 52-ci dəqiqələrdə Gedson Fernandes, 55-ci dəqiqədə isə Əl Musrati vurub. "Luqano" 34-cü dəqiqədə Bislimi, 57-ci dəqiqədə Steffen və 63-cü dəqiqədə Paulista (avtoqol) ilə fərqlənib.

Qeyd edək ki, "Luqano" Çempionlar Liqasında digər bir İstanbul nəhəngi "Fənərbaxça"ya məğlub olduqdan sonra Avropa Liqasında Serbiyanın "Partizan" klubunu məğlub edərək bu mərhələyə yüksələ bilib. 

Avropa Liqası
Pley-off mərhələsi
İlk oyunlar
22 avqust

LASK – FCSB 1:1
"Molde" - "Elfsborq" 0:1
RFŞ – APOEL 2:1
"Viktoriya" Pl - "Harts" 1:0
PAOK - "Şemrok Rovers" 4:0
"Lüdoqorets" - "Petrokub" 4:0
"Makkabi" TƏ - "Baçka Topola" 3:0
"Luqano" - "Beşiktaş" 3:3
"Dinamo" Mn - "Anderlext" 0:1
"Yagellonya" - "Ayaks" 1:4
"Ferentsvaroş" - "Borats" 0:0
"Braqa" - "Rapid" V 2:1

0