Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşır
09.08.2022 - 09:38
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri qarşılaşır

Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, ilk gündə bir görüş keçiriləcək.

Yeganə matçda “Qarabağ”ın bu turnirin pley-offundakı potensial rəqibləri qarşılaşacaq. “Şkupi” Şimali Makedoniyada İrlandiya klubu “Şemrok Rovers”i qəbul edəcək. Dublindəki ilk oyunda “Şemrok Rovers” 3:1 hesablı qələbə qazanıb.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
9 avqust

23:00. “Şkupi” (Şimali Makedoniya) – “Şemrok Rovers” (İrlandiya)

Qeyd edək ki, “Qarabağ” bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstanda “Ferensvaroş”la görüşəcək. Bu cütün məğlubu Avropa Liqasının pley-offunda “Şkupi” – “Şemrok Rovers” duelinin qalibi ilə üz-üzə gələcək.

0