Avropa Liqası: Türkiyə klublarının səfər sınağı
18.08.2022 - 09:12
Avropa Liqası: Türkiyə klublarının səfər sınağı

Avropa Liqasında pley-off mərhələsi start götürür.

Apasport.az saytının məlumatına görə, qrupa vəsiqə yolunda ilk görüşlər keçiriləcək.

Pley-offun 10 matçı da eyni gündə baş tutacaq. Türkiyənin bu turnirdəki təmsilçiləri “Sivasspor”la “Fənərbaxça” ilk görüşünü səfərdə keçirəcək.

20:00. HİK (Finlandiya) – “Silkeborq” (Danimarka)
20:30. “Ferensvaroş” (Macarıstan) – “Şemrok Rovers” (İrlandiya)
21:00. “Apollon” (Kipr) – “Olimpiacos” (Yunanıstan)
21:00. “Malmö” (İsveç) – “Sivasspor” (Türkiyə)
21:00. “Pünik” (Ermənistan) – Şerif” (Moldova)
21:00. “Sürix” (İsveçrə) – “Harts” (Şotlandiya)
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Jalgiris” (Litva)
22:00. “Dnepr-1” (Ukrayna) - AEK (Larnaka, Kipr)
22:30. “Gent” (Belçika) – “Omoniya” (Kipr)
23:00. “Austriya” (Avstriya) – “Fənərbaxça” (Türkiyə)

0