Avropa Liqasında 16 oyun
27.10.2022 - 10:29
Avropa Liqasında 16 oyun

Bu gün Avropa Liqasında V turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, 8 qrupda 16 matç baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq. Qurban Qurbanovun yetirmələri bu gün ilk iki yerdən birini təmin edərək qrupdan çıxa bilər. 

Bunu daha 7 klub rəsmiləşdirə bilər. Bunlar PSV, “Lüdoqorets”, “Sent Jiloaz”, “Braqa”, “Mançester Yunayted”, “Ferensvaroş” və “Trabzonspor”dur.

Daha 6 komanda isə hələ IV turdan sonra buna nail olub. Bu klublar “Arsenal”, “Fənərbaxça”, “Renn”, “Betis”, “Real Sosyedad”, “Frayburq”dur.

Qeyd edək ki, sonuncu turun görüşləri noyabrın 3-də keçiriləcək.

A qrupu
⚽  20:45. “Sürix” – “Bodo Qlimt”
⚽  20:45. PSV – “Arsenal”

B qrupu
⚽  20:45. AEK – “Dinamo”
⚽  20:45. “Fənərbaxça” – “Renn”

C qrupu
⚽  20:45. “Lüdoqorets” – “Betis”
⚽  23:00. HİK – “Roma”

D qrupu
⚽  20:45. “Malmö” – “Sent Jiloaz”
⚽  20:45. “Union” – “Braqa”

E qrupu
⚽  23:00. “Mançester Yunayted” – “Şerif”
⚽  23:00. “Omoniya” – “Real Sosyedad”

F qrupu
⚽  20:45. “Latsio” – “Midtulland”
⚽  23:00. “Şturm” – “Feyenoord”

G qrupu
⚽  23:00. “Frayburq” – “Olimpiakos”
⚽  23:00. “Nant” – “Qarabağ”

H qrupu
⚽  23:00. “Srvena Zvezda” – “Trabzonspor”
⚽  23:00. “Ferensvaroş” – “Monako”
 

0