2026 UEFA Avropa Liqasının finalı İstanbulda keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Şurasının üzvü Servet Yardımcı açıqlama verib.
Qurum rəsmisinin sözlərinə görə, 2027 UEFA Konfrans Liqasının finalı da İstanbulda oynanılacaq.
İdarə Heyəti 2026-cı ildə UEFA Avropa Liqasının finalının "Beşiktaş"ın ev oyunlarını keçirdiyi "Tüpraş" stadionunda keçirilməsinə qərar verib. 2027-ci ildə Konfrans Liqasının finalının oynanılacağı stadion isə daha sonra müəyyənləşəcək.
Qeyd edək ki, TFF 18 iyul 2023-cü il tarixli açıqlamasında UEFA-ya finalların "Fənərbaxça", "Qalatasaray" və ya "Beşiktaş"ın stadionlarından birində keçirilməsini təklif etdiyini bildirib.
- Son baş məşqçinin göstəricisini təkrarladı
- Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
- DÇ-2026: Cənubi Koreyadan geridönüş - YENİLƏNİB
- DÇ: 104 oyunun hamısı canlı yayımlanacaq - 92-si İTV-də, 12-si CBC Sport-da
- İnfantino ABŞ-la bağlı peşman deyil: “Problemlərlə məşğul olmağa öyrəşmişəm”