Azərbaycan – İsveç oyununun bilet satışı davam edir
01.11.2023 - 11:29
Azərbaycan – İsveç oyununun bilet satışı davam edir

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – İsveç qarşılaşmasının bilet satışı davam edir.

Apaspor.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Azarkeşlər oyunun biletlərini bu gündən əldə edə bilərlər. Biletlərin qiyməti müvafiq olaraq 5,10,15, 30, 50 və 200 manat təşkil edir.

Satış məntəqələri bunlardır:
-Gənclik Mall
-28 Mall
-Heydər Əliyev Sarayı-nın kassası
-Köşk No1 (Sahil m. M.Rəsulzadə 3)
-Köşk No2 (Bülbül prospekti, Nizami küç.)
-1 Saylı ASAN xidmət mərkəzi
-2 Saylı ASAN xidmət mərkəzi
-3 Saylı ASAN xidmət mərkəzi
-4 Saylı ASAN xidmət mərkəzi
-1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi

Qeyd edək ki, oyun noyabrın 16-da, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 

0