"Bayer" - "Qarabağ" matçının biletləri satışa çıxarılır
26.02.2024 - 10:47
"Bayer" və "Qarabağ" arasında keçiriləcək UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu üçün biletlərin satışa çıxarılacağı vaxt məlum olub.
Apasport.az Almaniya təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, "Bayer" klub üzvləri və abunəçilər üçün eksklüziv satışlar 27 fevral saat 12:00-da başlayacaq. Biletlərin məbləği 8-50 avro arasında dəyişir.
Qeyd edək ki, martın 14-də "Bay Arena"da keçiriləcək "Bayer" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk görüş isə martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0