"Beşiktaş"dan Türkiyə Kubokunda əzmkar qələbə
21.12.2022 - 23:55
"Beşiktaş"dan Türkiyə Kubokunda əzmkar qələbə

"Trabzonspor" və "Beşiktaş" Türkiyə Kubokunda 1/8 finala adlayıb.

Apasport.az xəbər verir ki, son Türkiyə çempionu "Trabzonspor" "Samsunspor"u 3:0 məğlub edib.

"Beşiktaş" isə "Şanlıurfaspor"la matçda əzmkar qələbə qazanıb. İstanbul klubu qonaqlardan ilk hissədə 2 top buraxsa da, fasilədən sonra rəqibə 4 qol vurub.

1