"Birbaşa Bakı"nın rəqibi bəlli oldu
07.09.2024 - 20:51
"Birbaşa Bakı"nın rəqibi bəlli oldu

Minifutbol üzrə Çempionlar Liqası davam edir.

Apasport.az xəbər verir ki, "Birbaşa Bakı"nın növbəti rəqibi bəlli olub.

Təmsilçimiz 1/4 finalda Rumıniyanın “Nova Vita Tarqu” komandası ilə qarşılaşacaq.

Oyun bu gün 21:30-da start götürəcək. 

Qeyd edək ki, "Birbaşa Bakı" 1/8 finalda digər təmsilçimiz "AzNur"u minimal hesabla məğlub edib.

0