"Əlbəttə, biz onun xərçəng xəstəliyi barədə dediklərini həmişə xatırlayırıq".
Apasport.az xəbər verir ki, bunu Niderland millisinin müdafiəçisi Deyli Blind komandanın baş məşqçisi Luvi van Qaalın xərçənglə mübarizə aparmasına münasibət bildirərkən deyib.
Aprel ayında 71 yaşlı mütəxəssis prostat xərçənginin aqressiv formasından əziyyət çəkdiyini və artıq 25 seans şüa terapiyası keçdiyini bildirmişdi. 1/8 finalın ABŞ-la matçında 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Blind baş məşqçilərinə görə də mübarizə apardığını qeyd edib:
“Bunu bilən ilk gündən meydanda var gücümüzü veririk. Hətta xəstə olduğunu düşünməyimizə əsas verməmək üçün gecələr xəstəxanaya gedirdi. Hamı van Qaala hörmət edir. O heç vaxt dəyişmir. Onun bizimlə olmasına şadıq. Gözəl şəxsiyyətdir. Biz məşqçimiz üçün oynamaq, hər oyunda qalib gəlmək istəyirik".
Qeyd edək ki, Niderland 1/4 finalda Argentina – Avstraliya matçının qalibi ilə qarşılaşacaq.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”