
Voleybol üzrə Braziliya millisi Paris Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak etməyəcək.
Apasport.az-ın məlumatına görə, millinin baş məşqçisi Ze Roberto bu barədə qərarı yığma üzvlərinə buraxıb. Millinin üzvləri ortaq qərar verərək turnirin açılışında iştirak etməkdən imtina ediblər.
Braziliya millisinin kapitanı Qabi Quimares komandanın qərarını belə şərh edib:
"Biz tamamilə diqqətimizi cəmləmişik. Ən yaxşı şəkildə planlaşdırmağa çalışırıq. Biz açılış mərasiminə getməməyi ən yaxşı variant hesab edirik. Yalnız qızıl medal barəsində düşünürük. Əlimizdən gələnin ən yaxşısını etməyə və Parisə mümkün qədər hazırlaşmağa fokuslanmışıq".
- Konfrans Liqası: “Çelsi” və “Betis” yarımfinalda - YENİLƏNİB
- ÇL: Həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- Çempionlar Liqası: “Arsenal” və “İnter” yarımfinalda - YENİLƏNİB
- Çempionlar Liqası əvəzinə Avropa Liqasının himni səsləndirildi - VİDEO
- ÇL: Ev sahibləri qalib gəldi, qonaqlar mərhələ adladı - YENİLƏNİB