Xorvatiya pentakampeonları mundialdan kənarlaşdırdı - YENİLƏNİB
09.12.2022 - 21:48
Xorvatiya pentakampeonları mundialdan kənarlaşdırdı - YENİLƏNİB

Bu gün DÇ-2022-də 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçı Qətərdəki mundialın 20-ci günündə bəlli olub.

Çempionluğa əsas namizəd hesab olunan Braziliya Xorvatiya ilə üz-üzə gəlib. Pentakampeonlar bu görüşə favorit qismində çıxsa da, əsas vaxtda millimizin hücumçusu Mahir Emrelinin Zaqreb "Dinamo"sundakı komanda yoldaşı Dominik Livakoviçin seyvləri sayəsində Xorvatiya qol buraxmayıb. Əlavə 30 dəqiqədə isə tərəflər qapılara 1 qol vurub və matç penaltilər seriyasına gedib çıxıb. 

4 il əvvəl Rusiyada finala qədər irəliləyən balkanlılar 1/8 finalda olduğu kimi, penaltilərdə bu dəfə də uğurlu olub. Bununla da Xorvatiya 2006 və 2014-cü il mundiallarında qrupda uduzduğu Braziliyaya (hər iki halda qrupdan çıxa bilməmişdilər) tarixində ilk dəfə qalib gəlib və adını yarımfinala yazdıran ilk komanda olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk gününün ikinci matçında Niderlandla Argentina qarşılaşacaq.

DÇ-2022
1/4 final
9 dekabr
19:00. Xorvatiya - Braziliya - 1:1
Qollar:
 Bruno Petkoviç, 117 – Neymar, 105+1 (penaltilər: 4:2)

0
DİGƏR XƏBƏRLƏR
Loading...