Braziliya Xorvatiyaya rəqib oldu
06.12.2022 - 00:55
Braziliya Xorvatiyaya rəqib oldu

Qətərdə keçirilən DÇ-2022-nin 1/4 final mərhələsinin daha bir cütü müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının müəyyənləşəcəyi cütdə Xorvatiya və Braziliya qarşılaşacaq.

Bu iki yığma 1/8 final səddini uğurla adlayıb. Xorvatiya penaltilər seriyasında Yaponiyanı (1:1, pen. 3:1), Braziliya isə Cənubi Koreyanı (4:1) üstələyib.

Bu komandalar arasında qarşılaşma dekabrın 9-da baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

1/8 finalın əvvəlki oyunlarından sonra 1/4 finalın iki cütü müəyyənləşmişdi. Niderland Argentina, Fransa İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4 finalın sonuncu cütü dekabrın 6-dakı matçlardan sonra bəlli olacaq.

DÇ-2022

1/4 final
9 dekabr

19:00. Xorvatiya - Braziliya
23:00. Niderland - Argentina
10 dekabr
23:00. Fransa – İngiltərə
 

0