Canni de Byazi: “Həyat ona digər əli ilə nəyisə qaytaracaq”
02.12.2022 - 10:19
Canni de Byazi: “Həyat ona digər əli ilə nəyisə qaytaracaq”

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Qətərdə keçirilən dünya çempionatında favoritini açıqlayıb. 

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis yerli mətbuata ən çox İspaniyaya güvəndiyini deyib.

O bildirib ki, kiçikyaşlı qızını ağır xəstəlik üzündən itirən pireneylilərin baş məşqçisi Luis Enrikenin çempionluğu onun üçün də sevindiricidir: “Dünya çempionatında favortim İspaniyadır. Mundialdakı sensasiyalı nəticələrə baxmayaraq bu komandaya daha çox güvənirəm. Həyatın ondan aldıqlarından sonra Luis Enrike bu turnirdə qalib olsa, çox sevinərəm. Demək ki, həyat ona digər əli ilə nəyisə qaytaracaq”.

Qeyd edək ki, öz qrupunda ikinci olan İspaniya 1/8 finalda Mərakeşlə qarşılaşacaq.
 

0