Çempiondan ardıcıl ikinci məğlubiyyət
24.05.2023 - 01:58
Çempiondan ardıcıl ikinci məğlubiyyət

İspaniya çempionluğunu rəsmiləşdirən “Barselona” ardıcıl ikinci dəfə meydanı məğlub tərk edib.

Apasport.az saytı xəbər verir ki, öz meydanında “Real Sosyedad”a uduzan kataloniyalılar bu dəfə səfərdən əliboş dönüblər.

Son 5 oyunda məğlub olan “Valyadolid” çempiona qalib gələrək, primerada qalmaq yolunda vacib 3 xal qazanıb. Bu qələbə sayəsində meydan sahiblərinə düşmə zonasını tərk etmək imkanı yaradıb. Düzdür, onların rəqibi “Xetafe” bir oyun az keçirib. 

Qeyd edək ki, “Real Sosyedad” turu qələbə ilə başa vuraraq, Çempionlar Liqasında çıxış etmək üçün yaxşı şans qazanıb. 

36-cı tur
“Valyadolid” – “Barselona” – 3:1
“Real Sosyedad” – “Almeriya” – 1:0
“Selta” – “Jirona” – 1:1
 

0