Çempionlar Liqası: 2 matçda 10 qol vuruldu - YENİLƏNİB
10.04.2024 - 00:55
Çempionlar Liqası: 2 matçda 10 qol vuruldu - YENİLƏNİB

UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsi start götürüb. 

Apasport.az xəbər verir ki, ilk gündə 2 matç baş tutub.

"Real Madrid" doğma azarkeşlər önündə "Mançester Siti"ni qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib: 3:3

“Bavariya” isə Londonda “Arsenal”ın qonağı olub. Almaniya təmsilçisi səfərdən sərfəli nəticə ilə ayrılmağı bacarıb: 2:2

Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel

23:00. “Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:3

Qol: B. Silva, 2, R. Diaş (ö.q), 12, Rodriqo, 14, F. Foden, 66, Qvardiol, 72, Valverde, 79

Baş hakim: Fransois Letexye (Fransa).

Madrid, “Santyaqo Bernabeu” stadionu.

23:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya) 2:2

Qol: B. Saka, 10, Qnabri, 19, H. Keyn, 32, Trossar
Baş hakim: Qlenn Nuberq (İsveç).
London, “Arsenal” stadionu.

0