Çempionlar Liqası: 2 vəsiqə sahibini gözləyir
01.11.2022 - 10:18
Çempionlar Liqası: 2 vəsiqə sahibini gözləyir

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin VI turu start götürəcək.

Apasport.az saytının məlumatına görə, A, B, C və D qruplarında son matçlar baş tutacaq.

Bu görüşlər 1/8 finalın daha iki iştirakçısını müəyyənləşdirəcək. “Liverpul”la “Napoli” A, “Brügge” ilə “Porto” B qrupunda birinci yeri müəyyənləşdirəcəksə, C qrupunda “Bavariya” və “İnter” ilk iki pilləni də rəsmiləşdirib. Yalnız D qrupunda 1/8 finalçılar bu gün bəlli olacaq.

Qeyd edək ki, “Çelsi”, “Mançester Siti”, “Real”, “Borussiya” D, PSJ və “Benfika” da 1/8 finala yüksəlib.

A qrupu
⚽  00:00. “Liverpul” – “Napoli”
⚽  00:00. “Reyncers” – “Ayaks”

B qrupu
⚽  21:45. “Porto” – “Atletiko”
⚽  21:45. “Bayer” – “Brügge”

C qrupu
⚽  00:00. “Bavariya” – “İnter”
⚽  00:00. “Viktoriya” – “Barselona”

D qrupu
⚽  00:00. “Sportinq” – “Ayntraxt”
⚽  00:00. “Marsel” – “Tottenhem”
 

0