Çempionlar Liqası: Son iki vəsiqə sahibini tapacaq
02.11.2022 - 10:24
Çempionlar Liqası: Son iki vəsiqə sahibini tapacaq

Bu gün Çempionlar Liqasında qrup final mərhələsinə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, VI turun ikinci günündə 8 qarşılaşma baş tutacaq.

Bu oyunlar 1/8 finala son iki vəsiqənin sahibini müəyyənləşdirəcək. E qrupunda ikinci yerin sahibi, F qrupunda isə “Real”la birlikdə tur adlayacaq komanda bəlli olacaq. Son tur həm Madrid nəhənginin, həm də H qrupundan mərhələ adlayan PSJ ilə “Benfika”nın tutacağı yeri dəqiqləşdirəcək.

Qeyd edək ki, “Napoli”, “Porto”, “Bavariya”, “Tottenhem”, “Çelsi” və “Mançester Siti” 1-ci, “Liverpul”, “Brügge”, “İnter”, “Ayntraxt”, “Borussiya” D 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. “Real”, PSJ və “Benfika” da növbəti mərhələyə vəsiqəni təmin edib.

E qrupu
⚽️00:00. “Çelsi” – “Dinamo” Z
⚽️00:00. “Milan” – “Zalsburq”

F qrupu
⚽️21:45. “Real” – “Seltik”
⚽️21:45. “Şaxtyor” – “Leypsiq”

G qrupu
⚽️00:00. “Mançester Siti” – “Sevilya”
⚽️00:00. “Kopenhagen” – “Borussiya” D

H qrupu
⚽️00:00. “Yuventus” – PSJ
⚽️00:00. “Makkabi” H – “Benfika”
 

0