Çempionlar Liqasında Azərbaycan dueli
07.09.2024 - 00:53
Minifutbol üzrə Çempionlar Liqası davam edir.
Apasport.az xəbər verir ki, pley-off mərhələsinin cütləri bəlli olub.
1/8 finalda Azərbaycan dueli baş tutacaq. Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" və "AzNur" kollektivləri üz-üzə gələcək. Oyun bu gün keçiriləcək.
Cütün qalibi 1/4 finalda "Meksikani Ber Şava" (İsrail) - "Belfut İaşi" (Rumıniya) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki təmsilçimiz qrup mərhələsini məğlubiyyətsiz başa vurub.
- İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib
- ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB
- Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"
- Mateuş Koxalski: “Çox əsəbiyəm”
- “Ayaks”ın baş məşqçisi: “Bugünkü qələbədən sonra özgüvənimiz artacaq”
0
0