Çempionlar Liqasında ən çox qeydə alınan HESABLAR
30.10.2022 - 17:34
Çempionlar Liqasında ən çox qeydə alınan HESABLAR

Çempionlar Liqasının cari mövsümündə ən çox qeydə alınan nəticələr açıqlanıb.

Apasport.az saytının məlumatına görə, qrup matçlarında iki nəticəyə daha çox rast gəlinib.

10 matç 2:0, eyni sayda görüş isə 1:1 hesabı ilə yekunlaşıb. Bunlar da qarşılaşmaların 14,9 faizi deməkdir. 2:1 və 0:3 hesabları altı dəfə (9 faiz) baş verib. Maraqlıdır ki, cəmi 5 görüş qolsuz bərabərliklə başa çatıb. Bunun da ikisi “Kopenhagen”in payına düşür.

Halbuki istər birinci hissə, istərsə də ikinci hissələrdə qeydə alınan nəticələri araşdırdığımız zaman ən çox məhz 0:0 hesabına rast gələrik. 22 dəfə qarşılaşmaların ilk yarısında (27,5 faiz), 19 dəfə isə ikinci hissəsində (23,8 faiz) qol səsi çıxmayıb. 12 görüşdə komandalar fasiləyə 1:0, eyni sayda isə 0:1 hesabı ilə yollanıblar. Bunlar da ümumi birinci hissənin 15 faizini təşkil edir. İkinci hissələrdə isə 13 dəfə (16,3 faiz) ev sahibi iki cavabsız qola sevinib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində son turun oyunları noyabrın 1-2-də keçiriləcək.
 

0