ÇL: Altı vəsiqə sahibini gözləyir
26.07.2022 - 09:43
ÇL: Altı vəsiqə sahibini gözləyir

Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.

Apasport.az saytının məlumatına görə, növbəti mərhələyə yüksələn 6 komanda bəlli olacaq.

Baş tutacaq 6 matçdan biri Liqa, beşi Çempionlar yolunda keçiriləcək. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su səfərdə “Şkupi” ilə qarşılaşacaq. Bu komandaların ilk görüşündə qalib müəyyənləşməyib – 2:2.

Qeyd edək ki, ÇL-də mərhələyə sabah yekun vurulacaq.

⚽  19:30. AEK – “Midtulland” 
(ilk oyun – 1:1)
⚽  21:00. “Şerif” – “Maribor” 
(ilk oyun – 0:0)
⚽  21:00. “Viktoriya” - HİK 
(ilk oyun – 2:1)
⚽  21:30. “Düdelanj” – “Pünik” 
(ilk oyun – 1:0)
⚽  23:00. “Şemrok Rovers” – “Lüdoqorets” 
(ilk oyun – 0:3)
⚽  23:00. “Şkupi” – “Dinamo” Z
(ilk oyun – 2:2)
 

0